İnventar Obyekti

ayrıca sərbəst funksiyaları yerinə yetirmək üçün nəzərdə tutulan, görülən işlə vəhdət təşkil edən bütün ləvazimatları və uyğunlaşdırmaları ilə birgə quraşdırılmış qurğu və ya ayrıca əşya inventar obyekti adlanır.
İnventar Nömrəsi
İnventar Siyahısı
OBASTAN VİKİ
Bazar (ticarət obyekti)
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Nətənz nüvə obyekti
Nətənz nüvə təsisatı,Nətənz nüvə obyekti və ya Nətənz nüvə kompleksi(rəsmi adı:Nətənzin Şəhid Əhmədi Rövşən Nüvə Mərkəzi)-İranın nüvə proqramı ilə bağlı "yeraltı obyekti"n bir hissəsi ki uran zənginləşdirmək üçün "dəmir-betondan 30metr dərinlikdə" İsfahan ostanıda Nətənz yaxınlığında inşa edilib. Natanz nüvə obyekti Beynəlxalq Atom Enerjisi Agentliyinin qeyri-nüvə ölkələrinin öz nüvə proqramlarını dinc məqsədlər üçün istifadəsinə nəzarət edən mühafizə sisteminə daxildir və İranın nüvə proqramına beynəlxalq nəzarət mexanizmi çərçivəsində müfəttişlər tərəfindən mütəmadi təftiş olunur. Obyektdəki bütün əsas istehsal obyektləri yeraltı keçiddə cəmləşib və avadanlıqları o cümlədən mümkün hava zərbələrindən qoruyan yeddi metr beton təbəqə ilə örtülüb. Netenzedə 2020-ci il üçün uran 4.5 faizə qədər zənginləşdirilib, bu da 2015-ci ildə bir nüvə sazişində nəzərdə tutulan 3,67 faiz səviyyəsindən yüksəkdir. 2020-ci ilin iyul ayında İran Atom Enerjisi Təşkilatı təfərrüatlara girmədən, obyektdə müəyyən bir hadisənin olduğunu bildirib. Şəhər rəsmiləri yalnız yanğının olduğunu təsdiqləyiblər. Səlahiyyətlilər fövqəladə vəziyyətə baxmayaraq, müəssisədəki işlərin dayanmadığını təmin edirlər. Amerikalı analitiklər isə nüvə obyektində partlayış və yanğın baş verdiyini iddia ediblər. Gecədən başlayan yanğın o qədər parlaq olub ki, kosmosdan göründüyü və Amerika hökumətinin bir peyki tərəfindən qeydə alındığı da qeyd olunur. Yanğın baş verən ərazidə nüvə materialı olmayıb və hadisə zamanı heç kim xəsarət almayıb.